Interposta.Info

Ramzan Kadırov azərbaycanlını Baş nazirin müavini təyin etdi

Dünya / Gündəm
 22-11-2021, 12:14     60


Çeçenistan hökumətində azərbaycanlıya yüksək vəzifə verilib.

"İnterPosta" xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov qərar imzalayıb.

Qərara əsasən, Elxan Süleymanov baş nazirin müavini təyin edilib. O, indiyədək Çeçenistanın Səhiyyə naziri idi.

Qeyd edək ki, Elxan Süleymanov Abdulla oğlu 1974-cü ildə Bakıda anadan olub. Əslən Qusar rayonunun Həzrə kəndindəbdir. Elxan Süleymanov ATU-nu fərqlənmə diplomu ilə bitirib. Təhsildən sonra Bakı Onkoloji Elmi Mərkəzində işləyib. Ramzan Kadırovun dəvəti ilə Moskvadan Çeçnistana gəlib və Qroznı Onkoloji Dispanserinin rəhbəri işləyib. 28 aprel 2016-cı il tarixində Çeçenistan Respublikasının Səhiyyə naziri təyin edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26