Interposta.Info

Ukrayna CNN və "Sky News"u akkreditasiyadan məhrum etdi (SƏBƏB)

Dünya
 14-11-2022, 18:44     184

Bir neçə xarici KİV nümayəndələri döyüş bölgəsində iş qaydalarını pozduğuna görə akkreditasiyasını itirib.

"İnterPosta"xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Son vaxtlar bəzi KİV nümayəndələri mövcud qadağalara və xəbərdarlıqlara məhəl qoymayaraq, hərbi hissələrin müvafiq komandirləri və ictimaiyyətlə əlaqələr xidmətləri ilə razılaşdırılmadan Xerson şəhərində hələ stabilləşdirmə tədbirləri başa çatmamış informasiya fəaliyyəti həyata keçiriblər. Bu cür hərəkətlər Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının 03.03.2022-ci il tarixli 73 saylı əmrinin, eləcə də hərbi komandanlığın müvafiq əmrlərinin tələblərinin kobud şəkildə pozulmasıdır”, deyə Baş Qərargah məlumat yayıb.

Baş Qərargah hansı jurnalistlərin iş icazələrinin ləğv edildiyini dəqiqləşdirməyib.

"Detector Media”nın mənbələrinin məlumatına görə, CNN və "Sky News" daxil olmaqla ən azı altı jurnalist akkreditasiyadan məhrum edilib. Onlardan əlavə, Xersonda "Suspilne” və "Xromadske” çəkiliş qrupları işləyirdi. Xersondan yayım Rada kanalında yayımlanıb.

"Sky News” Xersondan aşağıdakı reportaj nümayiş etdirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26