Interposta.Info

Ukrayna Baş Qərargahı SON DƏQİQƏ məlumatını yaydı: "Donetsk və Luqanskda..."

Dünya
 31-05-2022, 10:06     343


Ukrayna Hərbi Hava Qüvvələri Xarkov, Donetsk, Luqansk və Xerson vilaylətləri istiqamətində Rusiya qoşunlarının mövqelərinə havadan zərbələr endirib.

"İnterPosta" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukraynanın zenit-raket qoşunları Odessada Rusiyanın “X-22” qanadlı raketini vurub. Məlumata görə, Ukrayna müdafiəçiləri qarşı tərəfin Donetsk və Luqansk istiqamətində 8 hücumunun qarşısını alaraq 1 tankını, 4 artilleriya sistemini, 5 zirehli döyüşü maşınını və 2 avtomobilini məhv edib. Eyni zamanda, Ukrayna Hava Hücumundan Müdafiə bölməsi rəqibin “X-59MK” qanadlı raketini məhv edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26