Interposta.Info

Ukrayna Baş Qərargahı Rusiyanın yeni itkilərini açıqladı

Dünya
 28-03-2022, 12:01     133

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın yeni itkilərini açıqlayıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Baş Qərargah rəsmi "Facebook" hesabında məlumat yayıb.

Məlumatda vurğulanır ki, indiyədək Rusiyanın 17 000 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, düşmənin 586 ədəd tankı, 1 694 ədəd zirehli döyüş maşını, 302 ədəd artilleriya sistemi, 95 ədəd RYAS, 54 hava hücumundan müdafiə sistemi, 123 ədəd hərbi təyyarəsi, 127 ədəd helikopteri, 1 150 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 73 ədəd yanacaq çəni, 66 ədəd dronu, 21 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26