Interposta.Info

Ukrayna Rusiyanın bugünə qədər verdiyi itkilərini AÇIQLADI (FOTO)

Dünya
 17-03-2022, 18:49     352

Ukrayna Rusiyanın müharibə itkilərini açıqlayıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Ətraflı

Bildirilir ki, Rusiya ordusunun Ukraynada işğala başladığı gündən bəri Moskvanın döyüşlərdəki itkiləri təxminən 14 min nəfər təşkil edib.

"Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində yayılan məlumata görə, fevralın 24-dən martın 17-ə kimi düşmənin ümumi şəxsi heyət itkisi təxminən 14.000 nəfər olub. Vurulan tanklar - 444 ədəd, zirehli döyüş maşınları - 1435 ədəd, artilleriya sistemləri - 201 ədəd, MLRS - 72 ədəd, hava hücumundan müdafiə sistemləri - 43 ədəd, təyyarələr - 86, helikopterlər - 108, nəqliyyat vasitələri - 864, gəmilər -3 ədəd, yanacaq-sürtkü materialları olan sisternlər - 60, əməliyyat-taktiki səviyyəli PUA-lar - 11, xüsusi texnika isə 10 ədəd olub", - məqalədə yazılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26