Interposta.Info

İstanbulda Çinin uyğurlara qarşı məhvetmə siyasətinə etiraz aksiyası

Dünya
 1-08-2022, 10:26     255

Bir sıra qeyri-hökumət təşkilatları Çin hökumətinin Sincan Uyğur Muxtar Bölgəsindəki hərəkətlərinə etirazlarını İstanbulun Seracxana meydanında mitinq keçirərək nümayiş etdiriblər.

"İnterPosta"bu barədə "Anadolu”ya istinadən xəbər verir.

Çin hökumətinin uyğurlara qarşı siyasətinə etiraz edənlər əllərində plakatlar qaldırıb, "Soyqırımı dayandırın” kimi şüarlar səsləndiriblər.

Bu toplantı Şərqi Türküstan Yeni Hərəkatının qeyri-hökumət təşkilatları və Şərqi Türküstan Beynəlxalq Dərnəkləri Birliyi tərəfindən yüzlərlə insanın iştirakı ilə təşkil edilib.

Bu mitinqin sonunda Yeni Şərqi Türküstan Hərəkatının qeyri-hökumət təşkilatının rəhbəri Abdusalam Təkləməkan jurnalistlərə açıqlamasında bu mitinqin "Stand4Uygurs” beynəlxalq kampaniyası çərçivəsində keçirildiyini bildirib.

O, Sincan Muxtar Bölgəsindəki uyğur türklərinin vəziyyəti haqqında deyib: "Şərqi Türküstan xalqı 70 ildən artıqdır ki, kütləvi insan haqları pozuntuları ilə üzləşir. Hazırda üç milyondan çox insan saxta səbəblərlə məcburi düşərgələrdə həbsdədir. Bütün bu hərəkətlər irqçilik və islamofobiya ideologiyasına əsaslanır”.

O, sözünə davam edərək bildirib ki, uşaqlar zorla ailələrindən ayrılaraq yad ailələrə verilir:
”İndiyədək Şərqi Türküstanda 15 mindən çox məscid dağıdılıb, bəzi məscidlər də gecə klublarına çevrilib”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26