Interposta.Info

6 ton Türküstan plovu bişirildi - Rekord

Ölkə
 19-08-2017, 18:34     10 579

Plov Azərbaycan mətbəxinin olduğu ədər Özbək mətbəxinin də şahı sayılır. Azərbaycanda bişirilən plovlardan fərqli olaraq(çəkmə plovlar istisna olmaqla) özbək plovu bir qədər qarışıq olur. Azərbaycan plovu ayrıca zəfəranla (və ya sarıköklə) dəmlənmiş düyü və plovun yanında verilən xuruşdan ibarət olursa, özbək plovu isə quzu əti və uyruğu, kök, soğan, sarımsaq, qırmızı uzun bibər və ədviyyatların qarışığı ilə hazırlanır. Əsl özbək plovunu dadmaq üçün isə Buxaraya, Fərqanəyə getmək lazımdır.

Özbək aşpazları isə plov bişirməkdə necə mahir olduqlarını bütün dünyaya nümayiş etdirmək istəyirlər. Hətta bununla kifayətlənməyib bu sahədə dünya rekorduna imza atmağa çalışırlar.

interposta.info bildirir ki, moderator.az Özbək mediasına istinadən bildirir ki, Özbəkistanda yeni bir rekorda imza atmaq üçün 6 ton Türküstan plovu bişirilib.

Paylaşılmış fotolardan da özbək aşpazların bu işdə as olduqları aydın görünür:

interposta.info

6 ton Türküstan plovu bişirildi - Rekord
6 ton Türküstan plovu bişirildi - Rekord
6 ton Türküstan plovu bişirildi - Rekord
6 ton Türküstan plovu bişirildi - Rekord

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26