Interposta.Info

İstanbulda özbək gənci öldürdülər -

Ölkə
 30-07-2019, 21:56     10 402

İstanbulda özbək gənci öldürmükdə şübhəli bilinən şəxslər saxlanılıb.

Musavat.com xəbər verir ki, dəhəşətli cinayətin görüntüləri yayılıb.

Hadisə iki gün öncə İstanbulun Fatih sahilində baş verib. Özbəkistan vətəndaşı olan Nazımjon Zıyoev ona yaxınlaşan şəxslərlə hələlik məlum olmayan səbəbə görə mübahisə edib. Mübahisə daha sonra davaya çevrilib. Saxlanılan şəxslərdən biri dava zamanı özbək gənci bıçaqlayıb.

Özbək gənc xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparan polis əməkdaşaları ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə özbək gənci öldürən şəxsləri aşkar edib. Videoda saxlanılan şəxslərdən birinin bıçağı dənizə atması da aşkar edilib.

Hazırda hadisə ilə bağlı 7 nəfər saxlanılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26