Interposta.Info

Bakıda 26 yaşlı gənci güllələyən şəxs tutulub

Ölkə
 20-05-2017, 12:18     568

Bakıda 26 yaşlı gənci güllələməkdə təqsirli bilinən şəxs saxlanılıb.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, gecə saatlarında aralarında yaranmış münaqişə zəminində Dadaşov Elnur Etibar oğluna "Kalaşnikov" avtomatından atəş açan Babayev Ədalət Sabir oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Atəş nəticəsində güllə yarası alaraq xəstəxanaya yerləşdirilən E. Dadaşovun müalicəsi davam etdirilir.

interposta.info bildirir ki, araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26