Interposta.Info

Bakıda məktəbli qıza görə qanlı dava:

Ölkə
 20-04-2017, 14:27     978

Dünən Bakının Səbail rayonunda 2 nəfərin güllələnməsi hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə saat 17 radələrində Salyan şossesi 22 ünvanının qarşısında baş verib. Yaralanan şəxslərdən 17 yaşlı Firuddin İsmayılov da məhz həmin ünvanda yaşayır.

Bildirilir ki, hadisə orta məktəbin 11-ci sinif şagirdi olan Firuddin İsmayılovla Soltan Turabov arasındakı münaqişədən sonra baş verib. F.İsmayılov sinif yoldaşı olan Fəridənin (ad şərtidir) Soltan tərəfindən narahat edildiyini öyrənəndən sonra ona irad bildirib. Tərəflər arasında münaqişə sakitləşdiriləndən sonra isə Soltan Aqil adlı tanışını Firuddinin üstünə yollayıb. Həmin şəxs məktəbli oğlanla dalaşarkən ətrafdakı şəxslər onları aralayıb. Daha sonra Aqil adlı həmin şəxs İbrahim və Elgün adlı daha iki nəfərlə “Hyundai Elantra” markalı avtomobillə Firuddinin yaşadığı evin qarşısına gəlib və küçədə ona tüfənglə atəş açıb. 17 yaşlı F.İsmayılovla qonşusu, 31 yaşlı Ələddin Bağırov güllə yarası alıb. Onların hər ikisi xəstəxanaya aparılıb.

*****

Bakıda silahlı insident olub.

Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Salyan şossesində qeydə alınıb.

Naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində iki nəfər – 1986-cı il təvəllüdlü Ələddin Saməddin oğlu Bağırov və 2000-ci il təvəllüdlü Firuddin Teymur oğlu İsmayılov yaralanıb.

Onlar xəstəxanaya yerləşdirilib.

Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Soltan Turabov olması müəyyən edilib.

Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26