Interposta.Info

Xarkovda məktəbə raket zərbəsi endirildi

Dünya
 4-07-2022, 20:30     597


Bu gün səhər saat 4-də rus işğalçıları Xarkov şəhərinin Şevçenkovski rayonuna güclü raket zərbəsi endiriblər.

"İnterPosta" BAKU.WS-ə istinadən xəbər verir ki, bu haqda Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov öz teleqram kanalında bildirib.

Onun sözlərinə görə, işğalçıların hədəfi rayondakı məktəb binası olub. Ruslar bu gün yerli vaxtla səhər saat 4-də Rusiya ordusu Xarkovun Şevçenkovski rayonuna raket hücumu həyata keçirib. Nəticədə məktəb binası dağılıb. Hadisə zamanı xəsarət alanların olmadığı qeyd edilib.

Sinequbov onu da bildirib ki, son sutka ərzində işğalçılar Xarkovun kəndlərinə də zərbələr endirirlər. Atışma nəticəsində xeyli yaşayış binaları, yardımçı tikililər, qarajlar və digər tikililər dağılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26