Interposta.Info

Ukrayna İzyum yaxınlığında daha bir kəndi geri qaytarıb

Dünya
 17-06-2022, 23:54     295

Ukrayna ordusu Xarkov vilayətinin İzyum rayonunun Dmitrovka kəndini Rusiya hərbçilərindən geri alıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı feysbukda məlumat yayıb.

Həmçinin müxtəlif istiqamətlərdə bir neçə hücum cəhdi də dəf edilib.

Xatırladaq ki, iyunun 16-da Rusiya hərbçiləri Xarkov vilayətini yenidən atəşə tutub, iki nəfər yaralanıb. Ümumilikdə, son sutka ərzində rayonda azı 10 fərdi evə ziyan dəyib, məktəb və yaşayış binası dağılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26