Interposta.Info

ABŞ-da qatar qəzası zamanı 3 nəfər ölüb, 13 sərnişin yaralanıb
 

Dünya
 28-06-2022, 09:23     221

ABŞ-ın Missuri ştatında qatarın relsdən çıxması nəticəsində 3 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə CNN telekanalının efirində ştatın Yol Patrulunun sözçüsü Castin Dann məlumat verib.

“Qatarda olan 2 nəfər, həmçinin yük maşınında olan bir nəfər (qəza keçiddə lokomotivlə yük maşınının toqquşması nəticəsində baş verib-red) həlak olub”, - o deyib.

O, bildirib ki, ölənlərin sayı arta bilər.

Telekanal əlavə edib ki, zərərçəkənlərin sayı 13 nəfərə çatıb. Hendrik Tibb Mərkəzi qəza zamanı dörd zərərçəkənin, Missuri Universiteti yanında xəstəxana - daha doqquz yaralını qəbul etdiyini açıqlayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26