Interposta.Info

ABŞ-da qatarların toqquşması nəticəsində 2 nəfər ölüb, 116 nəfər xəsarət alıb

Ölkə
 4-02-2018, 21:56     10 650

ABŞ-ın Cənubi Karolina ştatında sərnişin və yük qatarları toqquşub.

Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər həlak olub, 50-dən çox insan xəsarət alıb.

Yaralıların xəstəxanaya çatdırıldığı bildirilir.

Qeyd edək ki, “Amtrak” şirkətinə məxsus sərnişin qatarı Nyu-York-Mayami marşrutu ilə hərəkət edirdi. Qatarda 139 sərnişin və 8 heyət üzvü olub.

Toqquşma nəticəsində qatarın bir neçə vaqonu relsdən çıxıb. Hadisə yerinə xilasedicilər cəlb edilib.

***

ABŞ-da sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində 70 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "ABC" telekanalı Leksinqton dairəsi şerifinin nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, hadisə ölkənin cənub-şərqində, Cənubi Karolina ştatında baş verib. Nyu-Yorkdan Mayamiyə doğru hərəkət edən "Amtrak" şirkətinə məxsus sərnişin qatarı bu gün səhər Cənubi Karolinada yük qatarı ilə toqquşub. Hadisə zamanı sərnişin qatarında 139 sərnişin və 8 heyət üzvü olub.

Qəzanın təhqiqatı Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura tərəfindən aparılacaq.

Qeyd edək ki, ilkin məlumatda qəza zamanı 50 nəfərin xəsarət aldığı bildirilirdi.

***

ABŞ-da sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində xəsarət alanların sayı 116 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "NBC" telekanalı Cənubi Karolina ştatının qubernatoru Henri Makmasterə istinadən məlumat yayıb.

O, bildirib ki, qəzadan sonra 116 nəfər yerli xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin xəsarəti yüngül, bəzilərinin xəsarəti ağırdır.

Makmasterin sözlərinə görə, hadisə zamanı "Amtrak" şirkətinin 2 əməkdaşı ölüb.

Qeyd edək ki, hadisə ölkənin cənub-şərqində, Cənubi Karolina ştatında baş verib. Nyu-Yorkdan Mayamiyə doğru hərəkət edən "Amtrak" şirkətinə məxsus sərnişin qatarı bu gün səhər Cənubi Karolinada yük qatarı ilə toqquşub. Hadisə zamanı sərnişin qatarında 139 sərnişin və 8 heyət üzvü olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26