Interposta.Info

ABŞ-da sərnişin qatarının aşması nəticəsində xəsarət alanların sayı 103 nəfərə çatıb -

Ölkə
 4-01-2017, 22:24     629

 ABŞ-da sərnişin qatarının aşması nəticəsində xəsarət alanların sayı 103 nəfərə çatıb -

ABŞ-da sərnişin qatarının relsdən çıxaraq aşması nəticəsində xəsarət alanların sayı 103 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Nyu-Yorkun Yanğın Xidmətinin "Tvitter"dəki mikrobloqunda məlumat verilib.

Məlumatda bildirilir ki, qəza zamanı qatarda 600 sərnişin olub.


***
ABŞ-da sərnişin qatarının relsdən çıxaraq aşması nəticəsində xəsarət alanların sayı 76 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Nyu-Yorkun Yanğın Xidməti məlumat yayıb.
Qeyd edək ki, hadisə hadisə Bruklində, Nyu-Yorkun rayonlarından birində baş verib.


***
ABŞ-da sərnişin qatarı relsdən çıxaraq aşıb.

"Report" xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Bruklində, Nyu-Yorkun rayonlarından birində baş verib. Qəza zamanı 37 nəfər xəsarət alıb.

Telekanalın məlumatına bildirilir ki, qəza səbəbindən qatar əyilib. Həmçinin vaqonların şüşələri və qapıları sınıb.

"Long Island Rail Road" qəzanın baş verdiyi dəmir yolu xəttində qəza səbəbindən qatarların yubana biləcəyi barədə xəbərdarlıq edib. Hadisənin başvermə səbəbləri araşdırılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26