Interposta.Info

CAR-da sərnişin qatarları toqquşub:

Dünya
 9-01-2018, 14:28     10 424

Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Yohannesburqun yaxınlığında iki sərnişin qatarı toqquşub.

Trend-in məlumatına görə, qəza nəticəsinə 200 nəfər xəsarət alıb.

"Geldenhuis" stansiyasına daxil olan qatar platformada dayanan qatarlardan biri ilə toqquşub.

Qeyd edək ki, bu, son günlərdə CAR-da qeydə alınan ikinci belə hadisədir. Ötən həftənin cümə axşamı Hennenman və Krunstad yaşayış məntəqələri arasında qatar yük avtomobili ilə toqquşmuşdu. Hadisə nəticəsində 19 nəfər ölüb, 200 nəfər yaralanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26