Interposta.Info

Türkiyədə mikroavtobusla TIR toqquşub, 4 nəfər ölüb, 16 nəfər yaralanıb

Ölkə
 10-12-2018, 10:36     406

Türkiyənin Çanaqqala əyalətində mikroavtobusla TIR-ın toqquşamsı nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, ağır yol qəzasında ölən və yaralananların sayı arta bilər.

***

Türkiyədə mikroavtobusla TIR-ın toqquşamsı nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə Çanaqqala əyalətində baş verib.

Əyalətin Biğa rayonunda fabrik fəhlələrini daşıyan mikroavtobus Yeniceköy yaşayış məntəqəsi yaxınlığında TIR-la toqquşub.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Qəzanın səbəbi araşdırılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26