Interposta.Info

Ağstafada mikroavtobusla minik avtomobili toqquşdu:

Ölkə
 8-05-2018, 13:28     10 413

Ağstafa rayonunda mikroavtobusla minik avtomobili toqquşub, yaralılar var.

"XeberBiz" "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində baş verib.

"QAZel" markalı mikroavtobusla "Opel" markalı minik avtomobilinin toqquşması nəticəsində 15 nəfər yaralanıb. Onların 10 nəfəri Ağstafa Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər isə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Artıq yaralananlardan 8 nəfərin adı məlum olub. Hadisə zamanı Qafarov Şahin Şaddədin oğlu (65 yaş), Kərimov Tahir Muğdat oğlu (35 yaş), Şıxməmmədov Eldar Əli oğlu (20 yaş), Qafarov Şahin Şaddədin oğlu (65 yaş), Kərimov Tahir Muğdat oğlu (35 yaş), Şıxməmmədov Eldar Əli oğlu (20 yaş), Abbasov Leyla Tahir qızı (42 yaş), Nəbiyev Xanbala Məşədi oğlu (59 yaş), müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən yaralıların hər ikisinin tələbə olduğu və onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26