Interposta.Info

İranda qatar qəzası: 13 ölü, çox sayda yaralı var (FOTOLAR)

Dünya
 8-06-2022, 10:32     246

İranda Təbəs-Yəzd şərnişin qatarı qəzaya uğrayıb.

"İnterPosta"bu barədə ILNA agentliyinə istinadən xəbər verir.

Yəzd şəhərinin Fövqəladə Hallar Təşkilatı rəhbəri Əhməd Dehqan bildirib ki, hadisə bu gün yerli vaxtla saat 05.30-da baş verib. Qatar hərəkətdə olarkən relsdən çıxıb və aşıb.

İlkin məlumata görə, qəza beş vaqonun relsdən çıxması səbəbindən baş verib. Olay yerinə təcili yardım xidməti, xilasedicilər və 3 helikopter cəlb olunub.

Fövqəladə Hallar Təşkilatının mətbuat katibi Məhəməd Rza Rzayi isə bildirib ki, qəza zamanı ən azı 13 nəfər həlak olub, onlarla insan yaralanıb. Onun sözlərinə görə, 60 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 5 nəfərinin vəziyyəti ağırdır.

Şahidlərin sözlərinə görə, qurbanların sayı arta bilər.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26