Interposta.Info

Avtomobildə 46 cəsəd aşkar edildi

Dünya
 28-06-2022, 09:22     213

ABŞ polisi Texas ştatında avtomobil qoşqusunda 46 qanunsuz miqrantın cəsədini aşkar edib.

Lent.az xəbər verir ki, bu barədə yerli KSAT Televiziyası məlumat yayıb.

Miqrantların cəsədi böyük avtomobil qoşqusunda tapılıb. Nəqliyyat vasitəsində sağ qalan 16 nəfər xəstəxanaya yerləşdirilib.

Miqrantların ölüm səbəbi dəqiq məlum olmasa da, bəzi KİV onların şiddətli istidən öldüyünü iddia edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26