Interposta.Info

Məzarı dağıdılan Rza Şah Pəhləvinin cəsədi tapılıb -

Ölkə
 27-04-2018, 16:37     10 854

1925-1941-ci illərdə İranda dövlətini idarə edən Rza Şah Pəhləvinin Tehran yaxınlığında mumyalanmış cəsədinin aşkar olunduğu iddia edilir.
Ailəsinin və yaxınlarının dediklərinə görə, tapılan cəsəd Rza Şah Pəhləviyə məxsusdur.


Cəsəd Tehranın güneyindəki Şah Əbdüləzim türbəsi yaxınlığında tapılıb. Cəsəd 4 gün öncə - aprelin 23-də bir inşaat qazıntısı zamanı fəhlələr tərəfindən aşkar edilib. Pəhləvinin Şah Əbdüləzim türbəsində yerləşən məzarı 1979-cu ildə İran İslam İnqilabı zamanı dağıdılıb. Daha sonra onun məzar yeri axtarılsa da, tapılmamışdı.

https://dai.ly/x6ifia0

Pəhləvinin ABŞ-da yaşanan nəvəsi mumyalanmış cəsədin babasına aid olduğunu iddia edir. Babasının adını daşıyan nəvə Rza Pəhləvi sosial şəbəkədə məsul şəxslərə çağırış edərək, mumyanın analiz edilməsini istəyir.

Nəvə Pəhləvi bu mumyanın babasına aid olmasının təsdiqlənəcəyi halda, İranda dini qaydalara uyğun dəfn olunmasını da istəyir. Hadisə barədə danışan Tehran Mədəni İrs Komitəsinin rəhbəri də məlumatı təsdiqləyib. O da mumyanın Rza Şah Pəhləviyə aid olması ehtimalının yüksək olduğunu deyib.

Məzarı dağıdılan Rza Şah Pəhləvinin cəsədi tapılıb -

Rza Şah Pəhləvi kimdir?
1921-ci ildə Qacar sülaləsinin sonuncu padişahı Əhməd şah Qacarı devirən Rza xan Pəhləvi öz xanədanlığını qurub.

Məzarı dağıdılan Rza Şah Pəhləvinin cəsədi tapılıb -

Rza Xan 1878-ci il martın 15-də Mazandaran əyalətinin Savadkuh şəhərindəki Alaşt kəndində anadan olub. Atası Abbas Əli (1815-1878) Savadkuhda polkovnik idi. Anası Nüşafarin Zəhra qafqazlı immiqrant idi.

Məzarı dağıdılan Rza Şah Pəhləvinin cəsədi tapılıb -

Rza Xanın babası Murat Əli Xan bir əsgər idi və 1848-ci ildə Heratın mühasirəsində həyatını itirib.

Rza Şah 26 iyul 1944-cü ildə Yohannesburqda həyatını itirib. Öz hakimiyyəti dövründə ingilisləri belə, qorxuya salan şahın cəsədi Misirdə mumyalanaraq, Qahirədəki Al Rifanın məscidində gizlədilmişdi. İllər sonra mumya Tehrana gətirilərək, Ray şəhərində dəfn olunmuşdu.

Onun ölümündə məhz İngilislərin əlinin olduğu deyilsə də, bu fakt öz təsdiqini tapmamışdı. Rza Şah Pəhləvinin məzarının 1979-cu ildə İran İslam İnqilabından sonra dağıdıldığı bildirilir.

interposta.info

Məzarı dağıdılan Rza Şah Pəhləvinin cəsədi tapılıb -

[email protected]

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26