Interposta.Info

Prezidentin qəbrindən başqa cəsəd çıxdı –

Dünya
 2-06-2017, 16:30     2 216

Polşanın eks-prezidenti Lex Kaçinskinin də həyatını itirdiyi təyyarə qəzası qurbanlarının cəsədləri məzarlarına yanlış qoyulub.

Axar.az xəbər verir ki, bu fakt Polşa hökumətinin tələbi ilə məzarlarda aparılan araşdırma zamanı ortaya çıxıb. Belə ki, Prezident Lex Kaçinskinin tabutunun açılışı zamanı burada iki cəsədin olduğu müəyyənləşib. Kaçinski ilə yanaşı daha 11 şəxsin məzarlarında başqalarının qalıqları tapılıb.

Qeyd edək ki, Kaçinski həyat yoldaşı ilə birgə 2010-cu ildə Rusiyanın Smolensk vilayətində təyyarə qəzası zamanı həlak olmuşdu. Onunla bərabər qəzada 96 şəxs həyatını itirmişdi. Rusiya ölənlərin cənazələrini Polşaya hadisədən 2 həftə sonra qapalı tabutlarda göndərmişdi.

Moskva indiyə qədər təyyarənin qara qutusunu Varşavaya vermir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26