Ukraynada təyyarə qəzası:

Ukraynanın şimalında, Çerniqovski əyalətində yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 36 yaşlı pilot həlak olub.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Təyyarənin bir evin üzərinə düşdüyü və həmin evin yandığı bildirilib. Yanan evdə heç kim olmayıb.
Qeyd edək ki, əraziyə yanğınsöndürənlər və xüsusi texnikalar cəlb edilib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26