Interposta.Info

Almaniyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Dünya
 19-07-2021, 09:40     550

Almaniyanın Anhalt-Bitterfeld bölgəsində (Saksoniya-Anhalt federal torpağı) yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı üç nəfər ölüb.

"İnterPosta" xəbər verir ki, bu barədə “Der Spiegel” qəzeti yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, təyyarənin göyərtəsində dörd nəfər olub. Nəticədə pilotla yanaşı 14 və 17 yaşlarında olan iki yeniyetmə ölüb. Digər yaralı sərnişin xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbləri hələ ki məlum deyil./apa

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26