Zəvvarlarla dolu avtobus çaya düşdü -

Hindistanın Uttarakxand ştatında zəvvarlarla dolu avtobusun çaya düşməsi nəticəsində azı 22 nəfər həlak olub.
Hadisə zamanı avtobusda Qanqın əsas qolu olan Bxagiratxi çayının axdığı Madxya-Pradeş ştatında yerləşən Qanqotri məntəqəsindən qayıdan zəvvarlar olub.
Son məlumata görə, hazırda çaydan 22 nəfərin cəsədi çıxarılıb, 8 nəfər isə xəstəxanaya yerləşdirilib. Qəzanın baş vermə səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı polis araşdırma aparır./trend
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26