Interposta.Info

Ukraynada döyüşən kadırovçulara dəstək üçün Çeçenistan qadınları...

Dünya
 25-06-2022, 09:28     303

Qroznı şəhərinin Məktəbəqədər Təhsil Departamentinə rəhbərlik edən Ramzan Kadırovun qızı Xədicət Ukraynada döyüşən çeçen əsgərlərə dəstək məqsədilə "Çeçenistanın ürəyi” məscidində gecə namazı qılmağa başlayıb.

"İnterPosta"xəbər verir ki, bu barədə "Kavkaz.Realii” namazda iştirak edənlərə istinadən məlumat yayıb.

Çeçen qadınlarını adətən "avtobuslarla kütləvi şəkildə və zorla” namaza aparırlar. Bu, əsasən dövlət sektorunda çalışan qadınlara aiddir - namazda iştirakdan imtina etmək mümkün deyil.

"Hamı gecə yarısı gəlməlidir, çünki o (Xədicət Kadırova) yaxşı yatmır, Ukraynada vuruşan əsgərlərimizdən narahatdır, ona görə də bütün dövlət işçiləri gəlməlidir. İstəyib-istəməməsi soruşulmur”, - deyə Çeçenistan departamentlərindən birinin əməkdaşı "Kavkaz.Realiya”a bildirib.

Gecə namazından imtina etdikləri halında qadınlara cəza və razılaşdıqları təqdirdə bonuslar vəd edilir, - namaz iştirakçılarından biri deyir.

"Rəhbərlik dedi ki, getməliyik, getsək, istirahət edəcəyimizi və getməsək, məzuniyyətimiz ləğv ediləcək. Xalamla mən getməli olduq, kənarda, zalın küncündə dayanıb Kadırovu və onun imamlarını söydük”, - qadınlardan biri deyir.

Çeçenistan insan haqları assosiasiyası "Vayfond”un nümayəndəsi deyir ki, namaz adətən üç saat davam edir. Ondan sonra qadınlar evə aparılır.

"Qadını atasının, ərinin və ya qardaşının razılığı olmadan heç yerə apara bilməzsən. Xüsusilə gecə! Bu, çeçenlər üçün təhqiramizdir və din baxımından qəbuledilməzdir. Düşünürəm ki, bu, Kadırovun respublika sakinlərinin guya kadırovçulardan necə narahat olduğunu və Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəklədiyini göstərmək üçün tez-tez nümayiş etdirdiyi tamaşadır”, - "Vayfond”da deyirlər.\qaynainfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26