Interposta.Info

Putinin sözçüsündən Kalininqrad açıqlaması: "Təəssüf ki, onlar..."

Dünya
 24-06-2022, 11:35     277

Moskva Kalininqradın nəqliyyat blokadası ilə bağlı vəziyyətdə kifayət qədər qərarlıdır, qərar qəbul etməyə isə tələsmir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, tələsməyə ehtiyac yoxdur: "Eyni zamanda, təbii ki, kifayət qədər qətiyyətliyik. Qərarların qəbulu üçün müəyyən vaxt lazımdır”.

Kremlin sözçüsü bildirib ki, Rusiya hakimiyyəti hazırda baş verənləri ciddi təhlil edir və Xarici İşlər Nazirliyi vasitəsilə öz mövqeyini digər ölkələrdən olan həmkarlarına çatdırır: “Təəssüf ki, onlar artıq tərəfdaş deyil, bizim rəqiblərimizdirlər”.


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26