Interposta.Info

“Putinin tərəfində deyiləm, amma...” – Papadan ŞOK SÖZLƏR

Dünya
 14-06-2022, 22:08     88

Katoliklərin ruhani lideri, Roma Papası Frensisk İtaliyanın “La Stampa” qəzetinə müsahibəsində Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı açıqlamalar verib.

"İnterPosta" xəbər verir ki, papa müharibədən əvvəl “az danışan” və “müdrik” kimi xarakterizə etdiyi bir dövlət başçısı ilə görüşündən danışıb.

“Bu adam mənə NATO-nun davranışından narahat olduğunu dedi. Səbəbini soruşdum. O dedi ki, Rusiyanın qapısında hürürlər, amma onlar başa düşmürlər ki, rus imperiyası gücüdür və heç bir xarici gücə ona yaxınlaşmağa icazə verməyəcək, bu, müharibəyə səbəb ola bilər. Bu, onun fikri idi. Müharibə fevralın 24-də başladı. O dövlət başçısı (Vladimir Putini nəzərdə tutur – red.) baş verənlərin əlamətlərini necə oxumağı bilirdi”, - Frensisk qeyd edib.

Müharibə haqda çıxışının davamında papa söyləyib:

“Bizim gördüyümüz şey rusların istifadə etdikləri muzdluların bu müharibəni apararkən etdikləri vəhşilik və qəddarlıqdır. Ruslar əslində çeçenləri, suriyalıları və muzdluları önə çıxarmağa üstünlük verirlər. Amma təhlükə ondadır ki, bu müharibənin arxasındakı bütün dramları yox, yalnız bəlkə də təhrik edilən, yaxud qarşısı alınmayan bu müharibənin dəhşətli mənzərəsini görürük. Burada da silah satışına və sınaqlarına marağı müşahidə edirəm. Çox kədərlidir, amma arxasında məhz bu dayanır.

Bu nöqtədə kimsə məndən soruşa bilər ki, siz Putinin tərəfindəsiniz? Mən yox. Belə bir söz demək çox bəsit və yanlış olardı”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26