Interposta.Info

Roma Papası Sudan prezidentinin ayağını öpdü - FOTO/VİDEO

Dünya
 13-04-2019, 19:35     10 503

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransis Vatikanda qəbul etdiyi sudanlı qonaqların ayağını öpüb.

Dailymotion.com xəbər verir ki, Cənubi Sudanın prezidenti Salva Kiir Mayardit və digər dövlət təmsilçiləri Papanı ziyarət ediblər.

82 yaşlı Papa Sudanda sülh və barışın davam etməsi üçün heyətdəki liderlərin ayağını öpüb.

Papa Cənubi Sudanda baş verən böhranın yenidən vətəndaş müharibəsinə çevrilməməsi üçün təcili hərəkətə keçməyə çağırıb.

Qeyd edək ki, Sudanda hərbi çevrilişdən sonra Ömər əl-Bəşir istefa verib və həbs olunub.
Sudanın müdafiə naziri, general-leytenant Avad Ben Auf hakimiyyətin ordunun idarəçiliyinə keçdiyini və keçid dövrünün başlanıldığını elan edib. Bununla bağlı ölkədə fövqəladə vəziyyət elan olunub.

İnterPosta.info

Roma Papası Sudan prezidentinin ayağını öpdü - FOTO/VİDEO
Roma Papası Sudan prezidentinin ayağını öpdü - FOTO/VİDEO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26