Interposta.Info

Papa Misirə gedir:

Dünya
 28-04-2017, 19:03     594

Roma Papası Fransisk bu gün Misirə səfər edəcək.

Axar.az xəbər verir ki, iki gün davam edəcək səfərdə Papa Misir Prezidenti Əbdülfəttah Sisi ilə də görüşəcək. Maraqlı məqam odur ki, Misir səfəri zamanı Papa zirehli avtomobildən istifadə etməyəcək.

Qeyd edək ki, Fransisk II İohan Paveldən sonra Misirə səfər edən ilk Papa olacaq.

Vatikan-Misir münasibətləri 2006-cı ildə pozulub. Buna səbəb Papa XVI Benediktin islamı tənqid etməsi olub. Sonradan bu münasibətlərin düzəldilməsinə cəhd edilsə də, Benediktin 2011-ci ildə islama qarşı eyni tərzdə çıxış etməsi münasibətləri yenidən pisləşdirmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26