Interposta.Info

Fransua Olland aktrisa Jüli Qaye ilə ailə qurub

Dünya
 8-06-2022, 14:48     357

Fransanın sabiq Prezidenti Fransua Olland ilə kinoaktrisa Jüli Qayenin nikah mərasimi keçirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, mərasim Ollandın vaxtilə uzun müddət mer olduğu Tül şəhərində baş tutub.

Bunun, siyasətçi Segolen Royaldan 4 övladı olan 67 yaşlı sabiq Prezidentin ilk rəsmi nikahı olduğu bildirilir.

Xatırladaq ki, Fransua Olland 2012-ci ildən 2017-ci ilədək Fransanın Prezidenti olub. Onu bu vəzifədə Emmanuel Makron əvəz edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26