Interposta.Info

“O günə qədər postları vurulacaq,

Ölkə
 11-02-2017, 10:13     812

“O günə qədər postları vurulacaq,
Fransa prezidentinin Parisdə Sərkisyanla görüşü anlaşılmazdır.

Bu sözləri Fransa prezidentinin Sərkisyanı öz ölkəsinə dəvət etməsi ilə bağlı danışan politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi ilk növbədə Sərkisyanın Parisə dəvət olunması ilə bağlı tarixə nəzər salıb:

“8 mart tarixi münasib seçilib, Fransanın keçmiş prezidenti Nikola Sarkozi demiş, Ermənistan Fransanın kiçik bacısıdır. Olland Parisdə erməni icmasının nümayəndələri ilə görüşündə erməni həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyini bildirib. “Dağlıq Qarabağda hər gün ölən var” deyən Olland bununla cəbhə bölgəsindəki gərginliyin diqqət mərkəzində olduğuna işarə edib. Fransanın Minsk Qrupu həmsədri kimi cəbhə bölgəsindəki gərginlikdən narahat olması anlaşılandır. Ancaq Ollandın Parisdə Sərkisyanla görüşü başadüşülən deyil. Çünki bu görüşdən bir ay sonra Olland kürsüsü ilə sağollaşacaq. Yəni Olland istəsə belə, bu bir ayda Dağlıq Qarabağ münaqişəsinin həllini bir addım da irəli apara bilməz. İkinci dəfə prezidentliyə namizədliyini də irəli sürmür ki, Sərkisyanla görüşməklə Fransadakı erməni seçicilərin səsini qazanmaq istəsin. Sadəcə, erməni vurğunluğu...”

Politoloq bu arada Ermənistanda hökm sürən hazırkı siyasi ab-havanı da dəyərləndirib:

“Ermənistanda Levon Ter-Petrosyan da daxil olmaqla, bir siyasətçi və ya ekspertin (Sülh Platformasına qoşulan ermənilər istisnadır) cəsarəti çatıb demir ki, Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayana qədər postları vurulacaq və hərbçiləri öləcək. İşğalçıların addım-addım zərərsizləşdirilməsi Prezident İlham Əliyevin “erməni silahlılarının Ağdamda, Fizulidə nə işi var” açıqlamasına uyğun həyata keçirilir”.

Qeyd edək ki, Fransa Prezidenti Fransua Olland Fransa-Ermənistan diplomatik münasibətlərinin qurulmasının 25 illiyi ilə bağlı Serj Sərkisyanı Parisə dəvət edib.Olland 8 martda nəzərdə tutulmuş səfər çərçivəsində Qarabağ münaqişəsinin müzakirə ediləcəyini bildirib./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26