Interposta.Info

Aqil Acalov:

Siyasət
 15-02-2017, 15:47     804

Aqil Acalov:

Fransa prezidenti Fransua Olland bu yaxınlarda erməni icmasının nüməyəndələri ilə görüşü zamanı Azərbaycanın maraqlarına zidd açıqlamalar verib.
"Həmin görüşdə Fransa Prezidenti Madrid sənədlərindəki "ermənilər öz müqədaratlarını həll etmək hüququna malikdir" hissəsinə toxunub". Lakın Olland Azərbaycanın ərazi bütövlüyünə dair bir kəlmə belə deməyib, halbuki “Madrid “ prinsiplərində açıq – aşkar münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması qeyd olunur. Bəs nəyə görə ATƏT –in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransanın Prezidenti işğal faktını dilinə gətirməyib ?

Mövzu ilə bağlı interposta.info-a danışan Azərbaycan Alpaqut Federasiyasının prezdenti Aqil Acalov bildirib ki, burada sualın cavabı çox sadədir. Fransa tarixi boyu Ermənistanın maraqlarından çıxış edib. İlk dəfə “erməni soyqırımı “ məsələsinə həssas yanaşıb və heç bir tarixi faktı nəzərə almadan siyasi alətinə çevirib. Görünən odur ki, Olland növbəti dəfə ermənilərin dəstəyin qazanmaq üçün populist çıxış edib. Lakin bütün dünya artıq anlayır ki, Azərbaycan heç bir güzəştə getmiyəcək”,-deyə A.Acalov söyləyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26