Interposta.Info

Rusiya xarici jurnalistləri ölkədən qovmaqla hədələdi: “YouTube girişi bloklayarsa”

Dünya
 26-05-2022, 22:04     298

YouTube Moskvanın Xarici İşlər Nazirliyinin brifinqlərinə girişi bloklayarsa, Qərb ölkələrindən olan jurnalistlər Rusiyadan qovulacaqlar.

"İnterPosta"The Guardian saytına istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-in açıqlamasında deyilib.

Həftəlik brifinq keçirən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, nazirlik YouTube-a onun məzmununu bloklamaqla bağlı xəbərdarlıq edib.

Biz sadəcə onlara dedik: "Başqa brifinqə mane olacaqsınızsa, bir jurnalist və ya Amerika mediası evə gedəcək. Başqa bir brifinqi bağlasanız, biz evə gedəcək konkret jurnalistin və ya konkret media orqanının adını çəkəcəyik”,- Rusiyanın dövlət xəbər agentliyi olan TASS Zaxarovaya istinadla yazıb.

O əlavə edib ki, Moskva xarici hökumətlərin Rusiya xəbər agentliklərinə qarşı "dost olmayan hərəkətləri”nə cavab olaraq ingilisdilli mediaya qarşı tədbirlər üzərində işləyir. O, əlavə məlumat verməyib.

Qeyd edək ki, bu günlərdə rusiyalı qanunvericilər Qərb ölkəsi Rusiya mediasına "düşmənçilik” göstərdiyi təqdirdə prokurorlara xarici media bürolarını bağlamaq səlahiyyəti verən qanun layihəsini təsdiqləyib. Bu addım Rusiyanın qərbdəki bəzi dövlət xəbər agentliklərinin bağlanmasına cavab olaraq nəzərdə tutulub.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26