Interposta.Info

Ukrayna kamikadze dronlarından istifadə etməyə başlayıb

Dünya
 24-05-2022, 12:52     293


Ukrayna Silahlı Qüvvələrinin kamikadze dronlardan istifadə etməsinə dair ilk görüntülər yayılıb.

“Report” xəbər verir ki, kamikadze dronunun Rusiya texnikası və hərbçilərini zərərsizləşdirməsi videosu Ukraynanın Xüsusi Əməliyyatlar Qüvvələrinin feysbuk səhifəsində paylaşılıb.

“Rusiya işğalçıları zirehdə oturaraq rahatca alkoqol içirdilər. Lakin onların adət etdiyi məşğuliyyət qəflətən aviazərbə ilə dayandırılıb. Güclü partlayıcı maddə ilə təchiz edilmiş müasir kamikadze pilotsuz uçan aparat birbaşa tanka çırpılıb. Düşmən itkilər verib”, - Xüsusi Əməliyyatlar Qüvvələrinin Komandanlığı bildirib.

Paylaşımda hansı drondan istifadə edildiynə dair məlumat verilməsə də, bunun ABŞ istehsalı “Switchblade” olduğu güman edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26