Interposta.Info

Ukrayna Rusiya ordusunun itkilərini açıqladı

Dünya
 30-03-2022, 14:45     428

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

"İnterPosta" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.

Bildirilib ki, indiyədək 17 300 hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 605 ədəd tankı, 1 723 ədəd zirehli döyüş maşını, 305 ədəd artilleriya sistemi, 96 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 131 ədəd hərbi təyyarəsi, 131 ədəd helikopteri, 1 184 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 75 ədəd yanacaq çəni, 81 ədəd dronu, 21 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26