Interposta.Info

AMEA pilotsuz uçuş aparatı istehsal etdi - "Yarasa" (FOTO)

Ölkə
 26-09-2018, 13:27     10 420

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı ilk dəfə pilotsuz uçuş aparatı (PUA) istehsal edib.

Qaynarinfo-nun məlumatına görə, kamikadze tipli PUA-nın çəkisi 12 kiloqramdır. Kamikadze 5 kiloqram yüklə 2 min metr hündürlüyə qalxa və düşmən obyektlərinin xəritəsini çəkib oranı dəqiqliklə məhv edə bilir.

Kamikadze-PUA-nın maksimal sürəti 160 km/saatdır. Müşahidə kamerası ilə obyekti müşahidə edəndən sonra uçan aparat özünü obyektə çırparaq partladır.

PUA-nın digər üstünlüyü isə odur ki, getdiyi istiqamət üzrə obyekti müəyyən etmədikdə partlamadan geri qayıdır. Yeni sınaqdan keçirilən kamikadze tipli PUA "Yarasa" adlanır.

Pilotsuz uçuş aparatı yaxın günlərdə Azərbayca Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.

interposta.info

AMEA pilotsuz uçuş aparatı istehsal etdi - "Yarasa" (FOTO)
AMEA pilotsuz uçuş aparatı istehsal etdi - "Yarasa" (FOTO)AMEA pilotsuz uçuş aparatı istehsal etdi - "Yarasa" (FOTO)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26