Interposta.Info

Azərbaycanın yeni silahı Ermənistanı qorxuya saldı -

Ölkə
 12-04-2017, 14:34     529

Azərbaycanın yeni silahı Ermənistanı qorxuya saldıAzərbaycanın layihələndirdiyi “Zərbə KH” pilotsuz uçuş aparatı barədə müdafiə sənayesi naziri Yavər Camalovun açıqlaması Ermənistanda ciddi qorxu yaradıb

interposta.info
İstipress-ə istinadən xəbər verir ki, erməni hərbi ekspertlər bu açıqlamalara dərhal cavab verərək qorxuya düşmüş erməni ictimaiyyətini sakitləşdirməyə çalışıblar.

Yavər Camalov Nazirlər Kabinetinin iclasında “Zərbə KH” (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometr məsafədə tam müəyyən edən və məhv etmək iqtidarında olduğunu bildirib.

Təbii ki, erməni KİV-ləri bu açıqlamanı dərhal şərh etdirməyə çalışıblar. Amma açıq görünür ki, erməni hərbi ekspertlər erməni mediyasına verdikləri müsahibələrdə ölkələrində yaranmış qorxunu azaltmağa yönəlib. Misal üçün, erməni hərbi ekspert Arkadi Qriqoryan “News.am”a verdiyi müsahibəsində dünyada hələ belə silah yaradılmadığını iddia edib:

“Yüksək elektromaqnit impulslu texnika və silahların yaradılması üzrə işlər bütün dünyada aparılır, amma müəyyən uğurlu nəticələr hələ ki, yoxdur. Beləliklə, Azərbaycan dünyanın aparıcı silah istehsalçılarını - Rusiyanı, ABŞ-ı, Çini, İsraili ötüb keçmək niyyətinə düşüb”.

Lakin elə Yavər Camalovun Nazirlər Kabinetinin iclasında dediyi sözlər erməni ekspertinin dediklərinin blef olduğunu göstərir:

"Bildiyiniz kimi, aprel döyüşləri zamanı yerli istehsal olan bir sıra müdafiə təyinatlı məmulatlardan geniş istifadə olunub. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının dəqiq müəyyənləşdirilib məhv edilməsində Azərbaycan istehsalı olan yeni növ hərbi təyinatlı məhsullar mühüm rol oynayıb. Bu istiqamətdə məqsədyönlü işlər davam etdirilir".

Aprel döyüşlərinin gedişi də göstərdi ki, dünyada və Azərbaycan ordusunda belə silahlar var. Əslində, aprel müharibəsi onlarla tankdan ibarət erməni qoşun birləşmələrinin hücum edərək Yevlax - Mingəçevir istiqamətinə çıxmaq istəyi ilə başladı. Azərbaycan peyk nəzarəti vasitəsi ilə bunu müəyyən etdi və erməni mətbuatının “kamikadze” adlandırdığ pilotsuz uçuş aparatları ilə düşmən hərbi dəstəsini məhv etdi. Nəticədə, 15-dən artıq erməni tankı yararsız hala düşdü. Bu barədə məlumatlar Rusiya KİV-lərində xüsusilə geniş şərh edilirdi. Həmin günlər ermənilər “kamikadze” pilotsuz uçuş apartlarından elə qorxurdular ki, hətta bir neçə avtomobilin bir dəstədə getməsinə icazə vermirdilər.

interposta.info
Azərbaycanın yeni silahı Ermənistanı qorxuya saldı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26