Interposta.Info

Yeni qanlı senari işə düşür: Rusiya niyə Dnestryanını ciddi şəkildə hədəfə alır? (ŞƏRH)

Dünya
 6-05-2022, 18:54     272

Nüfuzlu Qərb mətbuatı xəbər verir ki, Moldovanın Ukrayna ilə sərhəddə yerləşən Dnestryanı bölgəsində yenidən gərginlik yaşanır. Bu haqda informasiyanı yerli TSV Telegram telekanalı da hüquq-mühafizə orqanlarına istinadən təsdiq edib.

Mənbə qeyd edir ki, Ukrayna ilə Dnestryanı bölgənin sərhədində yerləşən Kuçurgan keçid məntəqəsi ərazisində atışma baş verib. Pervomaysk sakinləri həmin ərazidə atışma olduğunu təsdiqləyiblər.

Qeyd edilib ki, həqiqətən də Ukrayna ərazisində, Pavlovka kəndi yaxınlığında atışma baş verib. Bu hadisədən bir müddət əvvəl müharibənin Moldovaya da keçəcəyi barədə müxtəlif fikirlər səslənməyə başlayıb. Bildirilirdi ki, Rusiya qüvvələri Ukraynanın cənub-qərb istiqamətində irəlilədikcə, Moldova da təhdid altında qalacaq. Hazırda Rusiya ordusu Ukraynanın cənub-şərq və cənubunda bir sıra məntəqələri tutsa da, hələlik Dnestyanına çatmayıblar. Bunun üçün rus qoşununun Odessanı da tutması lazımdır. Belə olan halda, Ukrana ilə Moldova sərhədində, Dnestryanı bölgədə baş verən insidentdə ərazidəki separatçıların maraqlı olması o qədər də ağlabatan deyil. Çünki onlar Rusiya ordusu sözügedən sərhədə tam yaxınlaşmayınca hərəkətə keçmələri, təxribatlara əl atmaları dərhal Ukrayna ordusu tərəfindən məhv olmaları ilə nəticələnə bilər.

Bunu separatçılar da bilməmiş deyillər. Belə ki, separatçılar olduqca az qüvvəyə, deyilənə görə cəmi 800 nəfərlik silahlı dəstələrə malikdir. Orada yerləşən rus qüvvələri də 2 mindən çox deyil. Bunu separatçılar da bilməmiş deyillər. Amma Ukrayna ordusu üçün Dnestryanı bölgədəki separatçı qüvvələri vaxtında zərərsizləşdirmək olduqca vacibdir. Rusiya ordusu cənub-qərb istiqamətində irəliləməyə nail olsa, bölgədəki separatçılar birmənalı şəkildə geri çəkilən Ukrayna ordusuna arxadan zərbə vura bilərlər. Bu mənada, sözügedən sərhəd zonasında baş verən atışma əslində Kiyevin maraqlarına cavab verir. Onlar mövcud vəziyyətdən istifadə edərək, arxa cəbhədə özlərini gözləyən təhlükəni yox etmək üçün hücuma keçə bilərlər. Nəzərə alaq ki, Dnestryanıda gərginlik yaranan ilk dövrlərdə Ukrayna tərəfi Kişinyovun razılıq verəcəyi təqdirdə buna gedəcəyini istisna etməmişdi. Bu mənada, Kuçurgan keçid məntəqəsindəki atışmanı Ukrayna ordusu üçün Dnestryanıdakı separatçıları və "sülhməramlı adı ilə oradakı rus qüvvələrini zərərsizləşdirmək baxımından əlverişli şans kimi də dəyərləndirmək olar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26