Interposta.Info

TƏCİLİ! Rusiya Belarus və Krım istiqamətindən də hücuma keçdi 

Dünya / Manşet
 24-02-2022, 12:24     480


Rusiya ordusu Ukraynaya qarşı irimiqyaslı hərbi əməliyyatları genişləndirir. Bu dəqiqələrdə yayılan xəbərlərə görə, Belarusda cəmləşdirilmiş Rusiya ordusu qüvvələri də Ukrayna ərazisinə daxil olub.

CNN telekanalı Rusiya tanklarının Ukrayna-Belarus sərhədindəki sərhəd-keçid məntəqəsindən ölkə ərazisinə necə daxil olduğunu əks etdirən kadrları yayıb. Ukraynanın sərhəd qoşunlarının onlara müqavimət göstərməsi barədə məlumat yoxdur.

Habelə Ukrayna Dövlət Sərhədi Rusiya qoşunlarının ilhaq edilmiş Krım ərazisindən də hücuma keçdiyini açıqlayıb. Hazırda yarımadanın inzibati sərhədindən Ukrayna ərazisinə hərbi texnikanın keçməsi müşahidə olunur.

Hücum şərq istiqamətindən də davam edir, şahidlər Çerniqov vilayətinin Novqorod-Seversk rayonu istiqamətindən Rusiya tanklarının ölkə ərazisinin içərilərinə doğru irəlilədiyini bildirir. Ukraynanın Quru Qoşunlarının komandanlığı Luqansk vilayətində gedən döyüşlər zamanı Rusiya ordusunun bir neçə tankının, avtomobil texnikasının və digər döyüş vasitələrinin məhv edildiyini bildirir./virtualaz.org

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26