Interposta.Info

Türk

Dünya
 2-02-2017, 10:36     882

Türk
Krım yarımadası Rusiya və Ukrayna xüsusi xidmət orqanları arasında gizli müharibə arenasına çevrilib.

Axar.az xəbər verir ki, bunu “Rosbalt” agentliyinə açıqlamasında rusiyalı hərbi ekspert Vladimir Caralla söyləyib. O, gizli müharibəyə əsas sübut kimi Krım tatar aktivistlərinin son həbsini göstərib:

“Yarımada ətrafında situasiya 2016-cı ilin yayında gərginləşməyə başlayıb. O zaman sərhəddə toqquşma oldu və Rusiya tərəfi itkilər verdi. O zamandan bu yana sabitlik bərpa edilməyib”.

Qeyd edək ki, son aylar ərzində Rusiya Krımda genişmiqyaslı həbslər aparıb. Moskvanın həbs etdiyi şəxslər arasında Krım tatarları və ukraynlar olub. Federal Təhlükəsizlik Xidməti bu şəxslərin Ukrayna hərbi kəşfiyyatına çalışdığını iddia edib. FTX son olaraq Krım Tatar Məclisinin sədr müavini İlmi Ömərovu həbs edib. O, Rusiyanın ərazi bütövlüyünü pozmaqda ittiham olunub.

Rusiya 2014-cü ildə qanunsuz olaraq Krımı ilhaq edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26