Interposta.Info

Krımda 38 yaşlı tatar jurnalist öldürülüb

Dünya
 12-07-2019, 11:58     10 448

Rusiyanın işğalı altında olan Krım bölgəsində yerli tatar, jurnalist Fəxri Mustafayev öldürülüb. Xəbəri jurnalist Şövkət Namatullayev özünün “Facebook” səhifəsində yayıb.

Baxçasaray şəhərində yaşayan jurnalist iyulun 10-u səhər saat 9-da telefon zənginə evdən çıxıb, Simferepol şəhərinə gedəcəyini deyib, bundan sonra onunla əlaqə itib.

Novator.az bildirir ki, iyulun 11-i Baxçasaray rayonunun Aromatnoye kəndində jurnalistin meyiti tapılıb. Onu qətlə yetirib torpağa basdırıblarmış.

38 yaşlı Fəxri Mustafayevin üç uşaq atası olduğu qeyd edilir.

Rusiya Ukraynanın Krım Muxtar Respublikasını və Sevastopol şəhərini 2014-cü ildə işğal edərək özünə birləşdirib, Donbas bölgəsində – Donetsk və Luqansk vilayətlərinin bir hissəsində isə iki işğalçı rejim qurub. Bu separatçı rejimlər özlərini müstəqil dövlət sayır.

1873-cü ildə Rusiyanın işğalı altına düşən, 1954-cü ildə Ukraynaya verilən Krım qədim türk torpağıdır. Tarixi mənbələrə əsasən, 18-ci əsrin birinci yarısında Krım əhalisinin 95,1 faizi tatarlar olub. Sonrakı illərdə keçirilmiş siyahıyaalmalarda Krımda tatarların azaldıldığı üzə çıxıb. 1795-ci ildə tatarların Krımda xüsusi çəkisi 87,6%-ə, 1816-cı ildə 85,9%-ə, 1850-ci ildə 77,8%-ə, 1897-ci ildə 35,6%-ə, 1920-ci ildə 26%-ə, 1939-cu ildə 19,4%-ə düşüb.

Krım türkləri 1944-cü ildə tam deportasiya ediliblər. Onların tarixi vətənlərinə qayıdışı 1987-ci ildən başlayıb. Rusiya 2014-cü ildə Krımı işğal edən zaman 2 milyona yaxın əhalinin 12,1 faizi tatarlar olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26