Interposta.Info

Qarabağda atışma

Ölkə
 14-06-2019, 10:47     10 488

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində atışma nəticəsində erməni əsgəri məhv edilib.

Xəbəri Ermənistan Müdafiə Nazirliyi yayıb.

Qeyd olunur ki, bu gün saat 17:05 radələrində düşmənin Qarabağın şimal istiqamətində yerləşən döyüş postunda 1999-cu il təvəllüdlü hərbi qulluqçu Artyom Vazgen Xaçatryanın meyiti aşkar edilib.

Onun qarşı tərəfdən aldığı güllə yarasından öldüyü bildirilir.

Qeyd edək ki, son bir neçə həftə ərzində cəbhə xəttində ciddi gərginlik müşahidə olunur. Ermənistan ordusu müntəzəm təxribatlara əl atır. Nəticədə Azərbaycan Ordusunun mayoru Aqil Ömərov və hərbçisi Elşən Xəlilov həlak olublar./virtualaz.org

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26