Qarabağda erməni hərbçisi öldü
Erməni ordusunun hərbi qulluqçusu işğal olunmuş Dağlıq Qarabağda aldığı güllə yarasından ölüb, Oxu.Az erməni KİV-ə istinadən xəbər verir.
“Sentyabrın 1-də saat 10:50 radələrində Qarabağın cənub-şərqində yerləşən hərbi hissələrdən birində naməlum şəraitdə 1997-ci il təvəllüdlü hərbi qulluqçu Gevorq Aroyan ağır güllə yarası alıb”, - deyə, məlumatda bildirilir.
Yaralı hərbçi hospitala yerləşdirilsə də, saat 15:05 radələrində ölüb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26