Interposta.Info

Aleksandr Lukaşenko ŞOK AÇIQLAMA: “Ukrayna ərazisində xüsusi əməliyyat keçirmişik”
 

Dünya
 7-04-2022, 17:08     264

Belarus qüvvələri Ukrayna ərazisində əməliyyat keçirib.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

Dövlət başçısının sözlərinə görə, xüsusi əməliyyat Belarus vətəndaşlarını azad etmək məqsədilə aparılıb:

“Ukraynalıları xəbərdarlıq etdim ki, adamlarımızın azadlığı üçün xüsusi əməliyyat keçirməli olacağıq. Biz bu əməliyyatı keçirdik və adamlarımızı azad etdik”.

Qeyd edək ki, daha öncə Belarus qüvvələrinin Ukrayna ərazisinə hərbi müdaxilə etməsinə dair məlumatlar yayılmışdı. Hazırda bu ölkənin ərazisi Rusiyanın Ukraynaya qarşı intervensiyasında plasdarm rolunu oynayır./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26