Interposta.Info

Lukaşenkodan şok: Tutulan rus hərbçiləri Ukraynaya veriləcək

Dünya
 6-08-2020, 10:30     581

Ukraynalı jurnalist Dmitri Qordon Belarus Prezidenti Aleksandr Lukaşenko ilə aktual mövzular, o cümlədən koronavirusla bağlı vəziyyət, qarşıdan gələn seçkilər, habelə prezident seçkiləri zamanı iğtişaşlar hazırladığı iddia edilən "rus hərbçiləri"nin ("Vaqner”) tutulması barədə danışıb.

Lukaşenko ukraynalı həmkarı Vladimir Zelenskinin Donbasdakı döyüşlərin iştirakçılarını (o cümlədən Ukrayna vətəndaşlarını) ondan Ukraynaya təhvil verməsini istəyib.

"Lukaşenko Belarusiyadakı prokurorluğa və digər hüquq-mühafizə orqanlarına yaşıl işıq yandıracağını vəd edib... onlar günahkarları həm Rusiyaya, həm də Ukraynaya vermək üçün lazım olan hər şeyi edəcək", - deyən Qordon Belarus prezidentini gözlənilməz rezonanslı, cəsur və maraqlı reportajına görə tərifləyib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26