Interposta.Info

“Twitter” Putin və Rusiya hökumətinə aid profilləri susdurmağa başladı

 

Dünya
 6-04-2022, 21:14     254

"Twitter” Rusiya prezidenti Putin də daxil olmaqla 300-dən çox Rusiya hökumətinə aid profilə məhdudiyyət tətbiq edib.

Bu barədə Qaynarinfo BBC saytına istinadən xəbər verir.

Məhdudiyyət tətbiq edilən profillər bundan sonra əsas səhifədə və bildirişlərdə görünməyəcək. Bu o deməkdir ki, sosial medianın alqoritmi o profilləri önə çıxarmayacaq.

Şirkət bildirib ki, "Twitter” hərbi əməliyyatlara başlayaraq açıq internetə məhdudiyyət qoyan istənilən ölkəyə qarşı addımlar atacaq.

Qeyd edək ki, müharibə başlayandan bu yana "Twitter”in fəaliyyəti Rusiyada böyük ölçüdə əngəllənib.

Hazırda Rusiya prezidenti Putinin "Twitter”də rus və ingilis dilində iki profili var. Bu profillərdə onu müvafiq olaraq 3.6 və 1.7 milyon nəfər izləyir.

Hədəf seçilmiş Rusiya rəsmi hökumət profillərinə nazirlik və səfirlik profilləri, həmçinin yüksək rütbəli rus rəsmilərinin profilləri aiddir. Bundan əvvəl qeyd edilən profillər Ukrayna müharibəsi ilə bağlı dezinformasiya yaydığı üçün tənqid olunmuşdu.

Məsələn, mart ayının 10-da Rusiyanın İngiltərədəki səfirliyi "Twitter” profilində Maripulda doğum evinin bombalanmasının saxta olduğunu yazıb. İddia yanlış olduğu üçün "Twitter” həmin paylaşımı silib. Bundan əvvəl isə şirkət Rusiyaya məxsus "Russia today” və "Sputnik” xəbər saytlarına girişi məhdudlaşdırıb.

"Hərbi əməliyyatlara başlayan hökumətlər ölkədə onlayn xidmətlərə çatımlılığı bloklayaraq, digər tərəfdən həmin xidmətlərdən öz mövqelərini və baxış bucaqlarını təbliğ etmək üçün istifadə etməsi ziyanlı informasiya disbalansı yaradır", - şirkətin Güvənlik və Təhlükəsizlik bölməsinin direktoru Yoel Roth bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26