Interposta.Info

Vladimir Putin ABŞ-la danışıqlara məhdudiyyət qoyub

Siyasət
 2-02-2019, 18:16     10 472

Rusiya prezidenti Vladimir Putin ABŞ-la silahsızlaşdırılma məsələsinə dair danışıqlara başlamamağı tələb edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu istəyini xarici işlər və müdafiə nazirləri ilə keçirdiyi görüşdə səsləndirib.

“Bu sahədə bütün təkliflərimiz əvvəlki kimi qüvvədə qalır, danışıqlar üçün qapılarımız açıqdır”, - deyə V.Putin qeyd edib.

Bununla belə, Rusiya prezidenti yerüstü orta mənzilli səsdən iti raket yaratmaq işlərinə başlanmasına dair Müdafiə Nazirliyinin təkliflərinə razılıq verib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26