Interposta.Info

ABŞ səfirliyi Rusiyada terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Dünya
 21-02-2022, 09:45     244

ABŞ-ın Rusiyadakı səfirliyi yaxın gələcəkdə Rusiya ərazisində baş verə biləcək hücumlar barədə xəbərdarlıq edib.

"İnterPosta"nın məlumatına görə, APA Lenta.ru saytına istinadən xəbər yayıb.

Bu barədə məlumat səfirliyin saytında dərc olunub. Amerikalı diplomatlar mediaya istinadən iddia edirlər ki, hücumlar ticarət mərkəzləri, dəmiryol vağzalları, metro stansiyaları, eləcə də insanların sıx olduğu digər yerlərdə mümkündür. Onlar bunun Moskva və Sankt-Peterburq kimi böyük şəhərlərdə və Rusiya-Ukrayna sərhədi boyunca olan ərazilərdə mümkün olduğunu deyirlər.

Müraciətdə həmçinin, Rusiyada yaşayan vətəndaşlara ölkəni tərk etmək barədə tövsiyə olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26