Interposta.Info

Azərbaycanın Rusiyadakı səfirliyi XİN başçılarının Moskva görüşünün yekunu haqda bəyanat yayıb

Gündəm
 28-04-2017, 16:49     681

"Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin inkişaf perspektivlərini müzakirə ediblər."

"Report"un Rusiya bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin Moskva görüşünün yekunu olaraq yaydığı bəyanatda bildirilib.

Bəyanatda vurğulanıb ki, Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri arasında görüş Rusiya tərəfinin təşəbbüsü ilə keçirilib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və onun ermənistanlı həmkarı Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün göstərdiyi səylərə görə Rusiyanın xarici işlər naziri Sergey Lavrova minnətdarlıqlarını bildiriblər.

"Görüşdə tərəflər Vyana və Sankt-Peterburq sammitlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin zəruri olduğunu vurğulayıblar. Üçtərəfli danışıqların yekunları əsasında XİN başçılarının ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi ilə görüşü keçirilib. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət barədə fikir mübadiləsi aparılıb", - səfirlikdən bildirilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26